image-n1karobka_ads
image-123
image-67be009102e8bd19656feaa2backend

Rusiyanın Marseldəki konsulluğuna hücumda şübhəli bilinən şəxslər nəzarətə götürülüb

image-ad_qayo_720x110px

Rusiyanın Marseldəki konsulluğuna hücumda şübhəli bilinən iki nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə RİA Novosti -yə Marsel prokurorluğu məlumat verib.

“Marsel prokurorluğu bu iş üzrə iki yaşlı şəxsin həbsini, həmçinin onların yandırıcı və ya partlayıcı maddə ilə zərər vurmaq ittihamı ilə polis nəzarətinə götürüldüyünü təsdiqləyir”, – idarədən bildiriblər.

Bundan əvvəl Marsel prokurorluğu şəhərin mərkəzində Ukrayna tərəfdarlarının aksiyası zamanı Rusiya baş konsulluğuna hücumda şübhəli bilinən iki nəfərin həbs olunduğunu bildirib.

Saxlanılanların 48 və 59 yaşlı fransızlar olduğu üzə çıxıb.

Fevralın 24-də Rusiyanın Marseldəki diplomatik nümayəndəliyi yaxınlığında partlayış baş verib . Fövqəladə hadisə nəticəsində insan tələfatı olmayıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki