image-n1karobka_ads
image-123
image-17405565992825015958_1200x630backend

Qarlı havada avtoxuliqanlıq edən sürücülər həbs olunublar

image-ad_qayo_720x110px

Qazax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən ictimai-asayişi nümayişkaranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücülər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Coşqun Məmmədov və Nuran Məmmədov idarə etdikləri avtomobil ilə qarlı hava şəraitində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, təhlükəli manevrlər edərək avtoxuliqanlıq edib və görüntüləri videoçəkiliş edərək sosial şəbəkələrdə paylaşıblar.

Onların barəsində polis əməkdaşları tərəfindən protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxslər sürücülük hüququndan 1 il müddətinə məhrum olmaqla, 15 sutka həbs ediliblər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki