image-n1karobka_ads
image-123
image-y6qkpwz3rx9ihrr8gtv8b8hqytej8meevd3uwtou_1200backend

Jurnalist Şahnaz Bəylərqızı ev dustaqlığına buraxılıb

image-ad_qayo_720x110px

Məhkəmə həbsdə olan jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) ilə bağlı qərar verib.

“Report” xəbər verir ki, Xətai Rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.

Hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə vəsatəti təmin edib, onun ev dustaqlığına buraxılması barədə qərar verib.

Qeyd edək ki, Şahnaz Bəylərqızı fevralın 5-də “Toplum TV” işi çərçivəsində saxlanılıb. Xətai Rayon Məhkəməsi onun barəsində 3 ay 15 gün müddətində həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və digər maddələri ilə ittiham irəli sürülüb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki