ABŞ qoşunlarını Avropadan çıxararsa, Fransa Almaniyaya nüvə silahı daşıya bilən qırıcı təyyarələr yerləşdirə bilər.
Bu barədə Daily Telegraph qəzeti yazır.
Adını açıqlamayan fransız rəsminin sözlərinə görə, belə bir addım Rusiya prezidenti Vladimir Putinə “siqnal göndərəcək”.
Üstəlik, Fransanın bu cür hərəkətləri Böyük Britaniya hökumətini nümunə götürməyə təşviq edə bilər.
Nəşr qeyd edir ki, Fransa lideri Emmanuel Makron bu yaxınlarda ABŞ prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona Avropanın təhlükəsizliyini və Ukraynanın müdafiəsini təmin etmək planını təqdim etmək üçün yola düşməzdən əvvəl CDU/CSU Almaniya kansleri namizədi Fridrix Merzlə danışıb.
Makron həmçinin, bir çox Aİ ölkələrinin sülh sazişinin imzalanmasından sonra Ukraynaya qarantiya kimi qoşun göndərməyə hazır olduğu fikrini də ifadə edib.
DOĞRU.AZ