İsrail Hərbi Hava Qüvvələri Suriyanın cənubundakı hədəflərə zərbələr endirib.
“Son bir neçə saat ərzində İDF Suriyanın cənubundakı hərbi hədəflərə, o cümlədən komandanlıq mərkəzləri və çoxsaylı silah obyektlərinə zərbələr endirib”, – İsrail Müdafiə Qüvvələri Telegram kanalında bildirib.
Bir neçə dəqiqə əvvəl Al Watan xəbər verib ki, Dəməşqdə bir sıra güclü partlayışlar eşidilib.
DOĞRU.AZ