İsrail Müdafiə Qüvvələri (IDF) bir gündə Livanın cənubuna üç hava zərbəsi endirib.
Zərbələr barədə İDF-nin Telegram kanalında məlumat verilib.
Üçüncü bəyanatda deyilir : “Bir müddət əvvəl İsrail ordusu Livanın cənubundakı Hizbullahın fəaliyyətinin aşkarlandığı bölgədə silahların olduğu hərbi infrastruktura hücum edib”.
Bundan əvvəl İDF Livanın cənubundakı Baalbek yaxınlığında və digər ərazilərdə Hizbullah hərəkatına məxsus raket və silahlarla hərbi hədəflərə zərbələr endirdiyini bildirmişdi.
Daha əvvəl bildirilmişdi ki, 2024-cü ilin sentyabrında İsrailin hücumu nəticəsində öldürülən Hizbullah lideri Həsən Nəsrullahın dəfn mərasimi Beyrutda keçirilir.
DOĞRU.AZ