HƏMAS dörd ölü girovun cəsədini İsrailə təhvil verəcəyini təsdiqləyib. Bu barədə hərəkatın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları qrupunun rəsmi nümayəndəsi Əbu Ubeydə bildirib.
“Axşam biz Ohad Yaalomi, Yitzhak Alqart, Şlomo Mansur və Tzachi İdanın cəsədlərini qarşı tərəfə təhvil verəcəyik”, – TASS onun sözlərindən sitat gətirir.
Həmas əvvəllər vasitəçilərlə danışıqlardan imtina edib.
DOĞRU.AZ