Hollandiyanın sağçı Demokratiya Forumu (FvD) partiyasının parlament üzvü Marsel de Qraaf Kiyev rejiminə silah göndərilməsinə son qoymağa çağırıb.
Siyasətçi X sosial şəbəkəsində “Pul və silah göndərməyi dayandırın” yazıb.
De Qraaf bildirib ki, Kiyevə daha tez uduzmaq imkanı verilməlidir.
Onun sözlərinə görə, insan həyatı vacibdir və bu, heç bir şəkildə Vladimir Zelenskiyə və onun avropalı “boslarına” aidiyyatı yoxdur.
Hollandiyanın baş naziri Dik Şof martın 6-da Nümayəndələr Palatasında müzakirələr zamanı bildirib ki, o, yenidən Kiyevə 3,5 milyard avro yardım ayırmaq niyyətindədir.
DOĞRU.AZ