image-n1karobka_ads
image-123
image-25-4backend

CineMastercard-da “Dayı: Bir Adamın ikayesi 2″ filminin Qala gecəsi keçirilib – FOTO/VİDEO

image-ad_qayo_720x110px

Dəniz Mall ticarət mərkəzində yerləşən “CineMastercard” kinoteatrında “Dayı: Bir Adamın Hikayesi 2” türk döyüş dramının Qala gecəsi baş tutub. 2022-ci ildə ekranlara çıxan “Dayı: Bir Adamın Hikayesi 1” filminin davamıdır.

Tədbirə filmin rejissoru, ssenaristi və prodüseri Uğur Bayraktar və baş rol ifaçısı Ufuk Bayraktar dəvət olunub.

Filmin qəhrəmanları media nümayəndələrinin suallarını cavablandırıb, qırmızı xalıdan keçib və bütün pərəstişkarlar ilə şəkil çəkdiriblər. Azərbaycan tamaşaçıları türkiyəli qonaqları hərarətlə, gur alqışlarla qarşıladı.

İkinci hissədə yeni çətinliklərin öhdəsindən gələrək, daha da zirvələrə yüksələn, daha da çətin seçimlər və rəqiblərlə qarşılaşan, lakin prinsiplərinə inamını itirməyən Cevahirin həyatından bəhs edilir.

Tədbirin təşkilində Cinema Distribution, “Coffemania” restoranlar şəbəkəsi, foto və video çəkiliş – “Light in Black” kreativ şirkəti dəstək göstəriblər.

“CineMastercard” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

DOĞRU.AZ

image-1741595032_1image-2-32image-3-30image-4-24image-5-16image-6-13image-7-14image-8-11image-9-9image-10-6image-11-5image-12-4image-13-5image-14-4image-16-5image-15-5image-17-5image-18-3image-19-3image-20-3image-21-4image-22-5image-23-3image-25-4image-26-2image-27-2image-28-2image-24-4

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki