image-n1karobka_ads
image-123
image-tsuawbpqhuw3z0pdyz8majokgsmhpatek1urpo6s_1200backend

“Nar” region qadınlarının şəxsi inkişafına dəstək olur – FOTO

image-ad_qayo_720x110px

Beynəlxalq Qadınlar Günü ərəfəsində start götürən “Her Art in Action” festivalına dəstək olan “Nar” yaradıcılığı və ifadə azadlığını ön plana çəkən bu layihənin əsas tərəfdaşlarından biridir. 9 mart – 6 aprel tarixlərini əhatə edən festivalın builki mövzusu “Xəyal etmək azadlığı” qadınların fərdi və kollektiv şəkildə xəyallarını necə təsəvvür etdiyini, vizuallaşdırdığını və ifadə etdiyini araşdırır. Azərbaycan Rəssamlar İttifaqı və VarYox platformasının təşkilatçılığı ilə baş tutan festival sənətsevərləri bir araya gətirir və yaradıcı ifadəni təşviq edir.

Festivalın təşkilinə verdiyi dəstəkdən əlavə, “Nar” sosial inklüzivlik strategiyası çərçivəsində 11 nömrəli internat məktəbinin şagirdlərinin sərgiyə qatılmasını təmin edir. Bu təşəbbüs gənc nəslin incəsənətlə tanış olmasına, yaradıcılıq potensialını inkişaf etdirməsinə və ifadə imkanlarını genişləndirməsinə şərait yaradır. Şagirdlər sərgi çərçivəsində müxtəlif sənət əsərləri ilə tanış olmaq və interaktiv seminarlarda, tədbirlərdə iştirak etmək imkanı əldə edəcəklər.

“Nar” olaraq, milli mənəvi dəyərləri yaşadan sənətə dəstək verməkdən qürur duyuruq. “Her Art in Action” festivalı təkcə qadınların incəsənətdə rolunu gücləndirmir, həm də regionlardakı istedadlı sənətkarların səsini duyurmağa imkan yaradır. Biz həmçinin 11 nömrəli internat məktəbinin gənclərinin festivalda iştirakını dəstəkləyərək inklüziv mühiti təşviq edirik”, – deyə tədbirin açılış nitqində çıxış edən “Nar”ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova bildirib.

Festivalın sərgisi Lesli Qrey və Ayna Moazzenin kuratorluğu ilə baş tutan və regionlarımızı təmsil edən yerli rəssamlarla yanaşı, beynəlxalq rəssam və kuratorların işlərini təqdim edəcək. Rəsm, video əsərlər, instalyasiyalar və tamaşaları əhatə edən ekspozisiya çərçivəsində seminarlar, portfolio icmalları və müzakirələr təşkil olunacaq.

Tədbir bütün sənətsevərlər üçün açıqdır. Festival haqqında daha ətraflı məlumatı qeyd edilən linkdən əldə etmək mümkündür: https://herartinaction.com

Hazırda 2.2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

DOĞRU.AZ

image-am9w88rxch0bo70enpcj1tj9fqu2fdob7egyxjtu_640 image-ps2l4traqrpdxab2sop7ep8myx2ln4yjsoanvvks_640 image-l0yte60uypr1ukpq5ydrvcwumd5ldg1kovmux535_640 image-ldaxurlzzmjxrkzwrtip71dudqjgnfu30nzvzgkr_640 image-2en5tfbtyyo5aiftkex92yzq1tkztmt9aczewwxs_640 image-8d2tkwtl30zfjunuoi1i1yx72yoygxnahy7kwnxc_640 image-ozyhbclnojzkympvsra2tqk3ggeydwt1et1xasbm_640 image-lvchsbboufnwb0g9ujhgocq9pv7n8vpeqmv1neu1_640

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki