image-n1karobka_ads
image-123
image-1682847810_6c9d3f72-4c72-4e27-a213-29fa68486edcbackend

Sabahın hava proqnozu açıqlanıb

Aprelin 17-də Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağacağı, səhər tədricən kəsiləcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Doğru.az-a verilən məlumata görə, güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntı olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər qərb rayonlarından başlayaraq tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 5-9° isti, gündüz 13-18° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki