image-n1karobka_ads
image-123
image-67cea85eae5ac963a22c91aebackend

Zaxarova: Rusiya-ABŞ görüşü bu həftə planlaşdırılmayıb

image-ad_qayo_720x110px

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiya və ABŞ arasında bu həftə Səudiyyə Ərəbistanında danışıqların yeni raundu ilə bağlı xəbərləri təkzib edib.

TASS onun müvafiq suala cavabından sitat gətirir: “Planlaşdırılmayıb”.

Zaxarova aydınlaşdırıb ki, Amerika tərəfdən də heç bir məlumat daxil olmayıb.

Bundan əvvəl Amerikanın CNN telekanalı Moskva və Vaşinqton nümayəndə heyətlərinin bu həftə Səudiyyə Ərəbistanında görüşəcəyini bildirmişdi.

Məlumdur ki, ABŞ dövlət katibi Marko Rubio martın 10-12-də Ər-Riyadda Kiyevlə danışıqlarda Amerika nümayəndə heyətinə rəhbərlik edəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki