Kursk Atom Elektrik Stansiyası normal rejimdə işləyir və radiasiya fonunun səviyyəsi təbii həddi keçmir.
RİA Novosti bu barədə AES-in mətbuat xidmətinə istinadən xəbər verir.
“Kursk AES normal işləyir. “Radiasiya fonu təbii fon dəyərlərini keçmir” dedi stansiyanın əməkdaşları.
Əvvəllər qeyd olunurdu ki, Avropa İttifaqı ölkələri Ukrayna Silahlı Qüvvələrinin Kursk və Smolensk atom elektrik stansiyalarına müntəzəm hücum cəhdlərinə məhəl qoymur.
DOĞRU.AZ