image-n1karobka_ads
image-123
image-ermenistan-abs-telimbackend

ABŞ və Böyük Britaniya birgə təlimləri davam etdirəcək

image-ad_qayo_720x110px

ABŞ və Britaniya Avropanın Rusiyaya qarşı “çəkindirici vasitə” kimi ehtiyac duyduğu iddia edilən birgə hərbi təlimləri davam etdirəcək.

Bunu NATO aviasiya komandirinin müavini və ABŞ Səkkizinci Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Ceyson Armaqost britaniyalı hava marşalı Conni Strinqer deyib.

“ABŞ və Britaniya komandirləri çərşənbə axşamı bildiriblər ki, birgə hərbi təlimlər Avropanı Rusiyaya qarşı çəkindirici vasitə ilə təmin etmək üçün həyati əhəmiyyət kəsb edir”, – Reuters xəbər verir .

Bundan əvvəl Rusiya Xarici Kəşfiyyat Xidməti bəyan etmişdi ki, Böyük Britaniya ABŞ prezidenti Donald Tramp administrasiyasının Ukrayna münaqişəsi ilə bağlı “sülhməramlı” səylərinə zərbə vurmaq niyyətindədir.

Koreya Hərbi Hava Qüvvələrinin Cənubi Koreya-Amerika Azadlıq Qalxanının müntəzəm birgə təlimləri zamanı səhvən Seul yaxınlığındakı kəndə səkkiz bomba atdığı da bildirilib .

Ən azı 15 nəfər yaralanıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki