Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
Doğru.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Bakı-Sumqayıt şosesi, metronun “20 Yanvar” stansiyası istiqamətində;
2. Tbilisi prospekti, metronun “20 Yanvar” stansiyasından mərkəz istiqamətində;
3. “20 Yanvar” dairəsində;
4. Qara Qarayev prospekti, metronun “Qara Qarayev” stansiyasından “Koroğlu” metro stansiyası istiqamətində;
5. Babək prospekti, mərkəz istiqamətində;
6. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
8. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
9. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından metronun “Koroğlu” stansiyası istiqamətində (dairəyə qədər);
10. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;
11. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
12. Sabunçu-Zabrat şosesi, metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq müşahidə olunur.
DOĞRU.AZ