image-n1karobka_ads
image-123
image-avhjwsqpkuxix8ffce8d4tywgavp5xqirgtnhc3k_1200backend

Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirildi

image-ad_qayo_720x110px

Prezident İlham Əliyev “Mülki aviasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 21 fevral 2025-ci il tarixli fərmanının icrası ilə əlaqədar bəzi fərmanlarında dəyişiklik edib.

President.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycanda “Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı” genişləndirilib.

Siyahıya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyinin İdarə Heyətinin sədri əlavə edilib.

O, həmçinin “Mobil xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”na əlavə olunub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki