image-n1karobka_ads
image-123
image-fu8tqn8bnkvrmkcrevwbztwa1ue7cfxxlsqypr0b_1200backend

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

image-ad_qayo_720x110px

Bu gün İmişli, Salyan və Şirvanda qaz təchizatında fasilələr yaranacaq.

Doğru.az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, İmişli rayonu üzrə İmişli QPS-dən qidalanan M.Müşfiq və Şıxlinski küçələrində müxtəlif diametrli qaz xətlərində qaz sızmalarının ləğvi və təmir işlərinin görülməsi ilə əlaqədar olaraq, 12.03.2025-ci il saat 09:30-dan etibarən işlər başa çatanadək qeyd olunan küçələrdə (573 abonent) qaz təminatının daxildən dayandırılması planlaşdırılır.

Həmçinin Salyan rayonunun Yuxarı Noxudlu kəndində vətəndaşa məxsus fərdi yaşayış evinin qarşısından keçən 76 mm-lik qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə, 12.03.2025-ci il saat 10:00-dan etibarən işlər başa çatanadək qeyd olunan kənddə (236 abonent) qaz təminatının daxildən dayandırılması planlaşdırılır.

“Azəriqaz” İB ilə razılıq əsasında Ələt-Astara dəmir yolu xəttinin yenidən qurulması ilə əlaqədar podratçı təşkilat tərəfindən yeni quraşdırılmış futlyar daxilindən keçən 108 mm-lik yeraltı keçid xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar olaraq, 12.03.2025-ci il saat 10:30-dan etibarən Şirvan şəhər M.Əsədov və M.Aydınov küçələrində (ümumi 210 abonent) qaz təminatının daxildən dayandırılması planlaşdırılır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki