image-n1karobka_ads
image-123
image-17417637421531728856_1200x630backend

Paytaxtda “Top Qapı” restoranında ciddi nöqsanlar aşkarlanıb

image-ad_qayo_720x110px

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları paytaxtın Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi, ev 26 ünvanında fiziki şəxs Dadaşov Pərviz Almas oğluna məxsus “Top Qapı” restoranında aparılan yoxlama zamanı ciddi nöqsanlar aşkarlayıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı restoranda ətin ilkin emalı, mətbəx, soyuq qəlyanaltıların hazırlanması, təndirxana, anbar və işçilərin soyunub-geyinmə sahələrində sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu və həmin sahələrin mütəmadi təmizlənib dezinfeksiya edilmədiyi, sanitar qovşağın qapısının birbaşa ətin ilkin emalı sahəsinə açıldığı, mətbəxdə havalandırma sisteminin qurulmadığı, qida məhsullarının tələb olunan qaydada və temperaturda saxlanılmadığı, qida ilə təmasda olan işçilərin tibbi müayinədən və gigiyenik təlimlərdən keçirilmədən çalışdığı, baytarlıq sənədləri olmayan heyvan mənşəli məhsulların istehlaka təqdim olunduğu müəyyən edilib.

Emal olunmuş məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Araşdırmalar davam edir.

DOĞRU.AZ

image-1741763742141475157_1200x630 image-17417637421921053566_1200x630 image-17417637425255528679_1200x630 image-17417637423122218522_1200x630 image-1741763742387606890_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki