image-n1karobka_ads
image-123
image-17412444423300829128_1200x630backend

Paytaxtdakı şadlıq evində mənşəyi məlum olmayan məhsullar aşkarlanıb – FOTO

image-ad_qayo_720x110px

Nizami rayonu, Babək prospekti 76 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Dadaşov Eldar Ağa Zəki oğluna məxsus “Sərin” şadlıq evində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları yoxlama keçirib.

Bu barədə Doğru.az-a Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, baxış zamanı obyektdə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu, temperatur rejiminə əməl edilmədiyi, həmçinin mənşəyi məlum olmayan heyvan mənşəli məhsulların istehlaka təqdim edildiyi aşkarlanıb. Emal edilmiş məhsullardan və ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilməklə qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.

DOĞRU.AZ

image-174124444284924126_1200x630 image-17412444425730438363_1200x630 image-1741244442314346007_1200x630 image-17412444424329160999_1200x630 image-17412444424833225124_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki