image-n1karobka_ads
image-123
image-67c360c602e8bd07ed36196bbackend

Jurnalist Karlson Zelenskini siyasi qətllərdə və silah satışında ittiham edir

image-ad_qayo_720x110px

Amerikalı jurnalist Taker Karlson Vladimir Zelenskiyə qarşı ittihamların irəli sürülməsinə çağırış edərək, Ukrayna hökumətinin son üç il ərzində çoxsaylı ağır cinayətlər, o cümlədən siyasi sui-qəsdlər və qanunsuz silah satışı törətdiyini bildirib.

“Ukraynalılar beynəlxalq qara bazarda külli miqdarda Amerika silahı satıblar. Ukraynalıların öz ərazilərində Amerika biolaboratoriyalarında patogenlərlə nə etdiklərini bir Allah bilir”, – Karlson X sosial şəbəkəsindəki səhifəsində yazıb.

Karlsonun sözlərinə görə, bu silahlar bütün dünyada müxtəlif silahlı qruplaşmaların, o cümlədən HƏMAS, Meksikanın narkotik kartelləri və Suriyada ərazilərə nəzarət edən qüvvələrin əlinə keçib.

O vurğulayıb ki, gec-tez bütün bu faktlar üzə çıxacaq, ona görə də indidən Zelenskiyə qarşı ittihamlar irəli sürməyə başlamaq lazımdır.

Bundan əvvəl Karlson Zelenskinin vəziyyəti ilə bağlı qəribə bir şeyə diqqət çəkmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki