Rusiya 30 günlük atəşkəs təklifini rədd edərsə, ABŞ Ukraynanı gücləndirə bilər.
Bunu Vladimir Zelenski deyib.
“Əgər onlar hazır deyillərsə, biz həqiqətən ümid edirik ki, Amerika tərəfi dediklərini tam olaraq nümayiş etdirəcək”, – Kiyev rejiminin başçısı vurğulayıb.
Bundan əvvəl Ali Radanın Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin katibi Roman Kostenko ukraynalı jurnalistlərə bildirib ki, Kiyev təklif olunan 30 günlük barışıq müddətində səfərbərliyi dayandırmamalı və ya hərbi vəziyyəti ləğv etməməlidir.
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, Moskva ABŞ-dan Ciddə danışıqlarının mahiyyəti ilə bağlı ətraflı məlumat almadan Ukraynada atəşkəs təklifinə cavab verməklə tələsmək istəmir.
DOĞRU.AZ