image-n1karobka_ads
image-123
image-17417852143254642239_1200x630backend

Binəqədi rayonunda “Bakı Tekstil Fabriki”nə məxsus tikiş sexinin fəaliyyəti dayandırılıb – FOTO

image-ad_qayo_720x110px

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən Doğru.az-a verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhərinin Binəqədi rayonunda yerləşən “Bakı Tekstil Fabriki” MMC-yə məxsus tikiş sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Yoxlama zamanı obyektdə ilkin yanğınxəbərverici siqnalizasiya qurğusunun tam quraşdırılmadığı, həmçinin mövcud qurğuya texniki qulluq göstərilmədiyi, elektrik təsərrüfatının “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun gəlmədiyi və təsərrüfata profilaktik baxış keçirilmədiyi, yanğın su hovuzunun mövcud olmadığı, müəssisənin obyekt odsöndürən balonlarla tam təmin edilmədiyi, təxliyə planının mövcud olmadığı, taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmadığı, istehsalat və anbar otaqlarında yanar materialdan istifadə edilərək otaqlar yaradıldığı, anbar sahəsindəki malların “Yanğın Təhlükəsizliyi Qaydaları”nın tələblərinə uyğun yığılmadığı, ərazinin yanar tullantılardan təmizlənmədiyi, tikinti və layihə sənədləri yanğın təhlükəsizliyinə əməl olunması baxımından DYNX ilə razılaşdırılmadığı, daşınmaz əmlakının icbarı sığorta şəhadətnaməsi təqdim olunmadığı aşkar olunub.

Mövcud vəziyyət obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğının qısa müddətdə genişlənərək faciənin qaçılmaz olduğunu göstərir.

Bütün bunları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhərinin Binəqədi rayonunda yerləşən “Bakı Tekstil Fabriki” MMC-yə məxsus tikiş sexinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

DOĞRU.AZ

image-17417852142017111036_1200x630 image-17417852141280913051_1200x630 image-174178521493418432_1200x630 image-17417852143386538003_1200x630 image-1741785214284515915_1200x630 image-17417852143514835619_1200x630 image-17417852141988941457_1200x630 image-1741785214254679920_1200x630 image-17417852145826844280_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki