image-n1karobka_ads
image-123
image-17417639166173821524_1200x630backend

Bərdədə 32 kilometrlik yolun yenidən qurulmasına başlanılıb

image-ad_qayo_720x110px

Bərdə rayonunun Əmirli–Xanağalı–Uğurbəyli və Alpout–Qarayusifli–Tumaslı avtomobil yollarının yenidən qurulması istiqamətində işlərə başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Doğru.az-a bildirilib ki, Əmirli–Xanağalı–Uğurbəyli və Alpout–Qarayusifli–Tumaslı avtomobil yolları uzun müddət əsaslı təmir olunmadan istismar olunurdu.

Əsasən yararsız asfalt və çınqıl örtükdən ibarət yollarda payız və qış aylarında nəqliyyat vasitələrinin və vətəndaşların hərəkətində problemlər yaşanırdı. Yenidənqurma işləri bu problemin aradan qaldırılmasına və yol şəraitinin daha müasir standartlara uyğun olmasına hesablanıb.

Əmirli-Xanağlı-Uğurbəyli yolu 27 kilometr, Alpout-Qarayusifli-Tumaslı yolu isə 5,5 kilometr uzunluğa malikdir. Hər iki yol IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Bunun üçün yolların eni 10 metrə qədər genişləndirilir. Hazırda hər iki yolda yol yatağının genişləndirilməsi, qazma-dolğu və kipləşdirmə işləri aparılır. Bununla yanaşı, yol boyu suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrlərə malik suötürücü boruların tikintisi də icra olunur.

Layihənin Əmirli-Xanağlı-Uğurbəyli hissəsində Qarabağ kanalı üzərində yeni körpünün tikintisi də planlaşdırılır. Yeni körpü yolun təhlükəsizliyini və rahatlığını artıraraq, nəqliyyatın hərəkətinin fasiləsizliyini təmin edəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki