Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb
Doğru.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,1 dollar və ya 1,58% azalaraq 68,51 dollar olub.
Qeyd edək ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 dollar, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar olaraq qeydə alınıb.
DOĞRU.AZ