image-n1karobka_ads
image-123
image-1741769728718616915_1200x630backend

Tovuzda “Aqrar sahədə fəaliyyət göstərən kooperativlərin inkişafı” Forumu keçiriləcək

image-ad_qayo_720x110px

Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə martın 14-də Tovuz rayon Mədəniyyət Evində “Aqrar sahədə fəaliyyət göstərən kooperativlərin inkişafı” Forumu keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Doğru.az-a bildirilib ki,

Aqrar Biznes Festivalı çərçivəsində təşkil olunacaq Forumun keçirilməsində məqsəd aqrar sahədə istehsalın və səmərəliliyin artırılması, həmçinin sahibkarlıq ekosisteminin inkişafına töhfə verməkdir.

Forumun əsas hədəfləri sahibkarların kooperativlər vasitəsilə aqrar biznesə daha səmərəli inteqrasiyasını təşviq etmək, onların iqtisadi müstəqilliyini artırmaq və kooperativlərin inkişafına dəstək olmaqdır.

Tədbirdə 20-dən çox rayondan kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan 30-dan artıq qadın inkişaf və müəssisə qrupu iştirak edəcək.

Forumun ilk hissəsində dövlət qurumları və assosiasiyaların iştirakı ilə “Kooperasiyaların formalaşmasına və strateji inkişafına dəstək” mövzusunda panel müzakirə təşkil ediləcək. Müzakirələr zamanı kooperativlərin qurulması, idarə olunması və inkişaf perspektivləri barədə fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Forumun ikinci hissəsində regional sərgilərdə fəal iştirak edən kooperativ rəhbərlərinin qatılacağı “Kooperativlərin inkişafı: təşəbbüslər və uğurlu təcrübələr” mövzusunda panel müzakirələrdə isə uğurlu sahibkarlıq nümunələri və aqrar sahədə kooperativlərin inkişafına dair praktik təcrübələr paylaşılacaq.

Bu tədbirin aqrar sektorun inkişafına töhfə verməsi, regionlarda sahibkarların biznes mühitində daha fəal iştirakını stimullaşdırması və kooperativlər arasında əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma olacağı gözlənilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki