Ukraynanın Aktiv Axtarış və İdarəetmə Agentliyi Belarusdan müsadirə olunmuş gübrələrin daha bir partiyasını satıb.
Bu barədə idarənin Telegram kanalında məlumat verilib.
“Belaruskali” ASC-nin istehsal etdiyi, 61 vaqonda yerləşən, həcmi 4299 ton kalium xlorid olan məhsullar satılıb”, – deyə agentlik qeyd edib.
Onun sözlərinə görə, Belarus gübrələri gömrük rüsumları nəzərə alınmaqla təxminən 1,1 milyon dollara satılıb.
Bundan əvvəl Ukraynanın baş naziri Denis Şmıxal bəyan etmişdi ki, Kiyev hakimiyyəti beynəlxalq maliyyə qurumlarının hesablarında saxlanılan Rusiya aktivlərinin 300 milyard dollarını müsadirə etmək istəyir.
DOĞRU.AZ