image-n1karobka_ads
image-123
image-67d14f8402e8bd15923e829fbackend

Putin və Lukaşenko martın 13-də danışıqlar aparacaq

image-ad_qayo_720x110px

Rusiya prezidenti Vladimir Putin və Belarus lideri Aleksandr Lukaşenko martın 13-də danışıqlar aparacaq.

Kremlin mətbuat xidmətinin məlumatına görə, görüş Lukaşenkonun Rusiyaya səfəri çərçivəsində baş tutacaq.

İki ölkə liderlərinin ikitərəfli strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin daha da inkişaf etdirilməsi məsələlərini müzakirə edəcəyi bildirilir.

Danışıqlardan sonra Putin və Lukaşenko bir sıra birgə sənədlər imzalayacaqlar.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinlə Lukaşenkonun Rusiyada görüşəcəyini açıqlamışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki