image-n1karobka_ads
image-123
image-67d15d21ae5ac95c8273a375backend

Deputat Çepa Zelenskinin taleyi ilə bağlı: Saakaşvilinin taleyindən də pis olacaq

image-ad_qayo_720x110px

Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Aleksey Çepa hesab edir ki, Vladimir Zelenskinin taleyi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin taleyindən də pis olacaq.

Deputat xatırladıb ki, ABŞ əvvəlcə Saakaşviliyə çox külli miqdarda pul verib, sonra isə sadəcə “onu çürütməyə icazə veriblər”.

“Və Zelenski Saakaşvilidən daha pis aqibətlə üzləşəcək”, – Çepa TASS ilə söhbətində deyib.

Daha əvvəl mediada ABŞ prezidenti Donald Trampla qalmaqaldan sonra Zelenskinin çoxlu variantının qalmadığı barədə məlumatlar yayılmışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki