image-n1karobka_ads
image-123
image-17417650183257561976_1200x630backend

Ötən ay vergi orqanlarına olan şikayətlərin təsnifatı bəlli olub

image-ad_qayo_720x110px

Cari ilin fevral ayı ərzində ümumilikdə vergi orqanlarına 54 min 648 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 66,5 faiz çoxdur.

Dövlət Vergi Xidmətindən Doğru.az-a bildirilib ki, daxil olmuş müraciətlərdən 96,9 faizi ərizə, 3 faizi şikayət, 0,1 faizi təklif olub.

Daxil olmuş müraciətlərdən 78,4 faizinin baxılması hesabat dövründə başa çatdırılıb, 21,6 faizi isə hazırda icradadır. Baxılması başa çatdırılmış müraciətlərdən 61 faizi barədə müvafiq izahat verilib, 38,2 faizi həll olunub, qalanları barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Həll olunmuş 160 sayda faktiki şikayət, əsasən, kameral vergi yoxlamaları, vergiödəyicisinin qeydiyyatı, sosial sığorta ödənişləri, vergi borcu, şəxsi hesab vərəqələri, ƏDV depozit hesabı, maliyyə sanksiyalarının silinməsi və digər məsələlərlə bağlı olub.

Hesabat dövründə şəhid ailələri və müharibə iştirakçılarından vergi orqanlarına 37 müraciət daxil olub. Daxil olmuş müraciətlərdən 62,2 faizinin baxılması fevral ayı ərzində başa çatdırılıb, 37,8 faizi isə hazırda icradadır. Baxılması başa çatdırılmış müraciətlərdən 65,2 faizi barədə müvafiq izahat verilib, 34,8 faizi həll olunub.

Bu ilin fevral ayında Dövlət Vergi Xidmətinin aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 72 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki