image-n1karobka_ads
image-123
image-3e6a019c-31f8-32ac-aa23-739e91b1b090_850backend

AFFA “Neftçi”nin futbolçusunu iki oyunluq cəzalandırıb

image-ad_qayo_720x110px

AFFA İntizam Komitəsinin qərarları açıqlanıb.

Doğru.az xəbər verir ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Zirə” – “Araz-Naxçıvan” matçında ev sahibi komandadan 5 futbolçu sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib. Həmçinin “qartallar”ın azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələrin səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə “Zirə” daha 500 manat ziyana düşüb.

“Neftçi” – “Kəpəz” matçının 58-ci dəqiqəsində “ağ-qaralar”ın futbolçusu Bassalu Sambu ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klub isə 1500 manat cərimələnib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki