image-n1karobka_ads
image-123
image-1740553353686856319_1200x630backend

Mədəniyyət naziri: Qarabağda və Şərqi Zəngəzurda bir çox tarixi abidə bərpa olunmaqdadır

image-ad_qayo_720x110px

Azad edilmiş ərazilərdə tarixi abidələrin inventarlaşması artıq başa çatıb və onların bərpasına başlanılıb.

Bu sözləri jurnalistlərə açıqlamasında mədəniyyət naziri Adil Kərimli deyib.

O bildirib ki, Böyük Qayıdış Proqramı çərçivəsində tarixi abidələrin bərpası istiqamətində ciddi addımlar həyata keçirilir, çoxsaylı layihələr icra olunur:

“Eyni zamanda, bütövlükdə mədəniyyət infrastrukturunun bərpası istiqamətində də ciddi işlər həyata keçirilir. Tarixi abidələrin inventarlaşdırılması həyata keçirilib və artıq bərpasına başlanılıb.

Qarabağda və Şərqi Zəngəzurda bir çox tarixi abidə bərpa olunmaqdadır. Sonuncu dəfə bərpa etdiyimiz layihə dövlət başçısının açılışını etdiyi Ağdam İmarət Kompleksi olub.

Hazırda da tarixi abidələrimizin bərpası istiqamətdə işlər davam etdirilir”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki