Qazaxıstanın rəhbəri Kasım-Jomart Tokayev Mərkəzi Asiya-Avropa İttifaqı sammitinin keçiriləcəyi Özbəkistana səfər edəcək.
Bu barədə respublika liderinin mətbuat xidməti Aqorda məlumat yayıb.
Tokayevin Səmərqənddə bir sıra görüşlər keçirmək niyyətində olduğu da vurğulanır.
Sammit aprelin 3-dən 4-dək baş tutacaq.
Tokayev bundan əvvəl Astanada beynəlxalq tərəfdaşlıq üzrə Avropa komissarı Yozef Sikelanı qəbul edib.
DOĞRU.AZ