image-n1karobka_ads
image-123
image-100532backend

Bəzi şəxslərin peşə məktəblərindəki təhsil haqqlarını dövlət ödəyəcək

image-ad_qayo_720x110px

İşğaldan azad edilən ərazilərdə məskunlaşan şəxslərin peşə məktəblərində təhsil haqqı 3 il dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Doğru.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Təhsil haqqında” və “Peşə təhsili haqqında” Qanunlara dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və 2025/2026, 2026/2027, 2027/2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində təhsil almaqda olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Dəyişikliklər təsdiq olunacağı təqdirdə, 2025-ci il sentyabrın 15-dən tətbiq ediləcək.

Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki