Böyük Futbol Liqası, “İnter Mayami”nin hücumçusu Lionel Messinin mühafizəçisi Yassin Çeukonun oyunlar zamanı meydançaya qaçmasını qadağan etmək qərarına gəldiyini açıqlayıb.
Bolavipin sözlərinə görə, qadağa hər bir stadionun mühafizəsinin olması və əlavə yardım tələb olunmaması ilə əlaqədardır.
Messi 2023-cü ildən “İnter Mayami”də çıxış edir. Bu mövsüm o, komandanın heyətində bütün turnirlərdə altı oyun keçirib, beş qol vurub və iki məhsuldar ötürmə edib.
Lionelin klubla müqaviləsi 31 dekabr 2025-ci ilə qədərdir.
Daha əvvəl Messinin MLS mövsümü başa çatdıqdan sonra Barselonaya qayıdacağı bildirilirdi.
DOĞRU.AZ