Visbadendə Amerikanın orta və daha qısa mənzilli raketlərinin Almaniyada yerləşdirilməsinə qarşı etiraz aksiyası keçirilib.
Yerli Wiesbadener Kurier qəzetinin məlumatına görə , nümayişdə 2500-ə yaxın adam iştirak edib. Nəşr vurğulayır ki, onlar şəhərdə “dinc etiraz aksiyası keçiriblər”.
“Bəzi hallarda Visbadendə nəqliyyatın hərəkətində əhəmiyyətli fasilələr müşahidə olunub”, – hesabatda deyilir.
Bundan əvvəl Almaniyanın Moskvadakı səfirliyi bəyan etmişdi ki, ABŞ raketlərinin Almaniyada yerləşdirilməsi milli təhlükəsizlik strategiyasına uyğundur.
DOĞRU.AZ