image-n1karobka_ads
image-123
image-67e8057dae5ac90133068e89backend

Myanma zəlzələnin nəticələrinin aradan qaldırılması üçün Belarusdan kömək istəyir

image-ad_qayo_720x110px

Myanma hakimiyyəti zəlzələnin nəticələrinin aradan qaldırılması üçün Belarusa yardım üçün sorğu göndərib.

Bu barədə Belarus Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Onlar qeyd ediblər ki, xilasedicilərin yola salınması şənbə günü, martın 29-na planlaşdırılıb.

Departamentin Telegram kanalında yayımlanan mesajda deyilir: “Ümumilikdə 66 xilasedici, dörd axtarış iti və xüsusi avadanlıqla təchiz olunmuş dörd maşın təyinat yerinə göndəriləcək”.

Daha əvvəl Rusiya Fövqəladə Hallar Nazirliyi zəlzələdən zərərçəkənlərə yardım göstərmək üçün Myanmaya aviasiya xəstəxanası göndərildiyini bildirmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki