image-n1karobka_ads
image-123
image-67e831af02e8bd47d40647ccbackend

İsrail ordusu Rəfahda quru əməliyyatına başladığını elan edib

image-ad_qayo_720x110px

İsrail Müdafiə Qüvvələri (IDF) Rəfah bölgəsində quru əməliyyatına başlayıb. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Onun Telegram kanalında dərc olunan mesajda qeyd edilir ki, bu əməliyyatın məqsədi Qəzza zolağının cənubunda təhlükəsizlik zonasını genişləndirməkdir.

“Son bir neçə saat ərzində İDF qoşunları Qəzzanın cənubundakı təhlükəsizlik zonasını genişləndirmək üçün Rəfahın Əl-Cəninə bölgəsində quru əməliyyatlarına başlayıblar”, – nəşr yazır.

Bazar ertəsi, martın 24-də The Wall Street Journal İsrailin Qəzzada genişmiqyaslı quru əməliyyatına hazırlaşdığını yazıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki