image-n1karobka_ads
image-123
image-tbilisid-nvbti-etiraz-aksiyas-keirilirbackend

Tbilisidə hökumət əleyhinə növbəti etiraz aksiyası keçirilir

image-ad_qayo_720x110px

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində hökumət əleyhinə növbəti etiraz aksiyası keçirilir.

Bu barədə RİA Novosti xəbər verir

Aksiya parlament binası qarşısında keçirilir və ona bitişik Rustaveli prospekti nəqliyyatın hərəkəti üçün bağlanıb. Qeyd olunur ki, nümayiş dinc şəraitdə keçirilir.

Aksiya iştirakçıları özləri ilə Gürcüstan, ABŞ və Aİ-nin banner və bayraqlarını gətiriblər. Onlar yeni parlament seçkilərinin keçirilməsini və mitinqlərdə saxlanılanların azad edilməsini tələb edirlər.

Martın 28-də parlament binası yaxınlığında bir neçə etirazçının saxlandığı bildirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki