image-n1karobka_ads
image-123
image-photo_26598backend

Çinli alimlər 16 min il əvvəl yaşamış insanın üzünü yenidən yaratdılar

image-ad_qayo_720x110px

Çin alimləri 16 min il əvvəl yaşamış insanın xarici görünüşünü canlandırmaq üçün müasir 3D texnologiyasından istifadə ediblər.

Bu barədə “Journal of Archaeological Science” nəşri məlumat yayıb.

Məqalədə deyilir: “Çinin cənubundakı Quanqsi-Çjuanq Muxtar Bölgəsindəki Yahuai mağarasında təxminən 16 min il əvvələ aid olan, aşağı çənənin bir hissəsi ilə birlikdə demək olar ki, tam insan kəllə sümüyü aşkar edilib”.

İş zamanı mütəxəssislər müasir texnologiyalardan, o cümlədən üçölçülü modelləşdirmə və üçölçülü həndəsi morfometriya metodundan istifadə ediblər ki, bu da qədim insanın xarici görünüşünü yüksək dəqiqliklə yenidən yaratmağa imkan verib.

Daha əvvəl bildirilmişdi ki, arxeoloqlar qədim krallıqdan olan II Firon Pepinin həkiminin məzarını aşkar ediblər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki