Əsas instinkt filmində leytenant Filip Uoker obrazını canlandıran amerikalı aktyor Denis Arndt ABŞ-da vəfat edib. Öləndə onun 86 yaşı var idi.
Hollywood Reporter-in məlumatına görə , Arndt çərşənbə axşamı, martın 25-də Oreqon ştatının Ashland şəhərindəki evində vəfat edib. Ölümün səbəbi açıqlanmır.
Bundan əvvəl jurnal “Ulduz Müharibələri”ndə imperator Palpatini səsləndirən aktyor Klayv Revillin ölümü barədə məlumat vermişdi.
DOĞRU.AZ