image-n1karobka_ads
image-123
image-67e80535ae5ac947e4261fc4backend

Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 1600-ü keçib

image-ad_qayo_720x110px

Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1600-ü keçib, 3400-dən çox yaralı var.

Bu məlumatı Sinxua agentliyi Myanma Dövlət Administrasiyası Şurasına istinadən yayıb.

“…Hazırda ölənlərin sayı… 1644 nəfərdir, 3408 nəfər yaralanıb”, – məlumatda deyilir.

Qeyd olunur ki, Myanmanın təbii fəlakətdən zərər çəkmiş bölgələrində olan daha 139 nəfərin taleyi naməlum olaraq qalır.

Daha əvvəl xəbər agentliyi Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayının 1002 olduğunu bildirmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki