Vladimir Zelenskinin ofisinin rəhbərinin müavini Pavlo Palisa bəyan edib ki, Ukrayna Rusiya nümayəndələri ilə Ər-Riyadda heç bir görüş keçirməyəcək.
“Sabah Rusiya nümayəndə heyəti ilə heç bir görüşümüz olmayacaq”, – deyə o, RİA Novosti-yə bildirib.
O, həmçinin Ər-Riyadda ABŞ-la danışıqların nəticələrini şərh etməkdən imtina edib.
Bundan əvvəl Səudiyyə Ərəbistanında Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqların başa çatdığı məlum olub.
Rusiya və ABŞ nümayəndə heyətləri arasında Ər-Riyadda görüş martın 24-də The Ritz-Carlton otelində baş tutacaq.
DOĞRU.AZ