“Cumhuriyet” xəbər verir ki, müxalif Ankara meri Mansur Yavaş İstanbul meri Əkrəm İmamoğlunun həbsi fonunda Türkiyədə növbədənkənar prezident seçkilərinin keçirilməsinə çağırıb.
“Ümid edirəm ki, növbədənkənar seçkilər Türkiyə üçün nümunə olacaq. Çünki rəqibi yıxmaq demokratik deyil”, – nəşr yazır.
O qeyd edib ki, həbs baş verməsəydi, o zaman bəlkə də ana müxalifət partiyasının praymerizdə iştirakı bu qədər əhəmiyyətli olmazdı.
Yavaş vurğulayıb ki, qanuna zidd hərəkətlər cəmiyyətdə kəskin reaksiya doğurur.
Bundan əvvəl İmamoğlunun tərəfdarları İstanbul meriyasının qarşısında növbəti etiraz aksiyası keçiriblər.
DOĞRU.AZ