image-n1karobka_ads
image-123
image-17427459031294948154_1200x630backend

Ersin Tatar: Azərbaycanın və Türkiyənin dəstəyi Şimali Kiprin sabitliyi və inkişafı üçün vacibdir

image-ad_qayo_720x110px

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) hər bir sakini üçün Azərbaycan, Türkiyədən heç də az əhəmiyyət daşımır. Biz Prezident İlham Əliyevin Kipr türk xalqına göstərdiyi diqqətə səmimi qəlbdən minnətdarıq və bunu yüksək qiymətləndiririk.

AZƏRTAC xəbər verir ki, bunu ŞKTC Prezidenti Ersin Tatar Türk Dünyası Novruz Festivalının bağlanış mərasimində çıxış edərək bildirib.

Onun sözlərinə görə, ŞKTC rəhbərliyinin Azərbaycanda keçirilən mühüm tədbirlərə dəvət olunması Lefkoşanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi istiqamətində mühüm addım olub.

Ersin Tatar qeyd edib ki, Lefkoşa “Bir millət, üç dövlət” prinsipi çərçivəsində Ankara və Bakı ilə dialoqu gələcəkdə də dərinləşdirəcək.

“Qardaş ölkələrin dəstəyi Şimali Kiprin sabitliyi və inkişafı üçün vacibdir. Ölkəmiz gələcəyə inamla baxır”, – deyən E.Tatar Türk Kiprinin müstəqilliyini və azadlığını müdafiəyə davam edəcəklərini vurğulayıb.

Prezident bildirib ki, ŞKTC-də Novruz bayramına həsr olunmuş tədbirlər gələcəkdə də geniş şəkildə qeyd ediləcək.

DOĞRU.AZ

image-1742745903398464922_1200x630 image-1742745903575551660_1200x630 image-17427459034340215061_1200x630 image-17427459031219322036_1200x630 image-1742745903150738382_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki