image-n1karobka_ads
image-123
image-67d3d166ae5ac947004d2705backend

Moskva və Pekin İranın sülhməramlı nüvə inkişafını alqışlayır

image-ad_qayo_720x110px

Rusiya və Çin İranın nüvə inkişafının dinc xarakter daşımasını alqışlayır və artıq Tehrandan bu barədə təsdiq alıb.

Bunu Pekində Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov və İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi ilə görüşü zamanı Çin Xalq Respublikasının xarici işlər nazirinin müavini Ma Çjaoxu deyib. Onun sözlərini TASS sitat gətirir.

“Çin və Rusiya İranın nüvə fəaliyyətinin dinc xarakter daşıdığını və nüvə silahı yaratmaq istəmədiyini təsdiq etməsini alqışlayır”, – deyən diplomat, bütün tərəflərin Beynəlxalq Atom Enerjisi Agentliyinin öz vəzifələrini peşəkar, obyektiv və qərəzsiz yerinə yetirməsinə xələl gətirən hərəkətlərdən çəkinməli olduğunu vurğulayıb.

Bundan əvvəl Pekində Rusiya, İran və Çin xarici işlər nazirlərinin müavinlərinin nüvə problemi ilə bağlı  görüşü başlayıb.

Görüş zamanı tərəflər sanksiyalarla bağlı ətraflı fikir mübadiləsi aparıblar.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki