image-n1karobka_ads
image-123
image-67d2e68302e8bd43aa3a2780backend

Tramp Aİ ölkələrindən spirtli içkilərə 200% rüsum tətbiq etməklə hədələyib

image-ad_qayo_720x110px

ABŞ prezidenti Donald Tramp xəbərdarlıq edib ki, Avropa İttifaqı viskiyə tətbiq etdiyi yüksək rüsumları qaldırmasa, o, blokdan alkoqolun rüsumlarını 200%-ə qədər qaldıra bilər.

Tramp həmçinin qeyd edib ki, AB viskiyə 50% rüsum tətbiq edib.

“Əgər bu tarif dərhal qaldırılmazsa, ABŞ tezliklə Fransadan və digər Aİ-yə üzv ölkələrdən gələn bütün şərab, şampan və spirtli içkilərə 200% rüsum tətbiq edəcək”, – Tramp özünün Truth Social səhifəsində yazıb.

O, həmçinin Avropa İttifaqını dünyanın ən düşmən və qəddar vergi və tarif sistemlərindən biri adlandırıb.

Bundan əvvəl Avropa Parlamenti ABŞ-ın tariflərini “ticarət xaosu” adlandırmışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki