Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Bakı və İrəvan sülh sazişinin mətni üzrə danışıqları başa çatdırıblar.
O, sənədin son iki maddəsinin razılaşdırılmamış qaldığını xatırladıb.
Ermənistan tərəfi bu yaxınlarda bizə bildirdi ki, o, Azərbaycanın bu iki açıq maddə üzrə təkliflərini qəbul edir
Fevralda Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan və Bakı sülh sazişinin 17 bəndindən 15-i üzrə razılığa gəliblər.
DOĞRU.AZ