image-n1karobka_ads
image-123
image-2006-08-09_amanita_citrina_46465_croppedbackend

Çin vətəndaşı Primoryedə nadir göbələk topladığına görə 3,5 il həbs cəzası alıb

image-ad_qayo_720x110px

Primorye məhkəməsi Rusiyanın Qırmızı Kitabına daxil edilmiş 250-dən çox nadir matsutake göbələyi qanunsuz toplayıb saxladığına görə Çin vətəndaşını ciddi rejimli cəzaçəkmə müəssisəsində 3,5 il müddətinə azadlıqdan məhrum edib.

Primorsk diyarı prokurorluğunun məlumatına görə, o, göbələkləri Çində satmaq niyyətində olub.

“Məhkəmə dövlət ittihamçısının mövqeyini nəzərə alaraq, şəxsi təqsirli bilib və 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib”, – idarədən bildirilib .

Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyi dəqiqləşib.

Tutulan göbələklər müsadirə edilərək Rusiya Federasiyasının mülkiyyətinə çevrilib.

Bundan əvvəl Çita gömrükçüləri Zabaykalsk keçid məntəqəsindən Çinə gedən əcnəbi vətəndaşın çantasından çəkisi təxminən 3 kq olan 4 morj dişi aşkar ediblər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki