image-n1karobka_ads
image-123
image-dhfnhmd5kwen5xyu2l2q6tidrjwhjhfxrqhzj0we_1200backend

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Oğuzun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Doğru.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Yaqublu QPS qolu qaz kəməri”nin 15-ci km-də yaranmış qaz sızmalarının ləğvi ilə əlaqədar 07.05.2025-ci il tarixdə saat 10:00-dan etibarən “Oğuz (Yaqublu)” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

 

Bununla əlaqədar Oğuz şəhərinin mərkəzi daxil olmaqla, rayonun 23 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki