Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada beynəlxalq tərəfdaşlıq üzrə Avropa komissarı Yozef Sikelanı qəbul edib.
Bu barədə respublika liderinin mətbuat xidməti Aqorda Telegram kanalında yazıb.
“Qazaxıstan Aİ-nin Mərkəzi Asiyada əsas tərəfdaşı olaraq qalır”, – Tokayev bildirib.
O, həmçinin vurğulayıb ki, Astana Aİ ilə əməkdaşlığa, o cümlədən xarici iqtisadi və investisiya əməkdaşlığına üstünlük verir.
Sikela öz növbəsində Mərkəzi Asiyanın bütün beş postsovet respublikasına səfər edəcəyini bildirib.
DOĞRU.AZ